Maraqlı

İtaliyan qadın ən yaxşı innovatorları sırasında

15 Noyabr 2018 08:01
0 Şərh     Baxış: 915
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliyalı təbiətşünas Françeska Santaro ABŞ-ın Massaçusets Texnologiya İnstitutunun "MIT Technology Review" jurnalı tərəfindən hər il tərtib edilən 35 yaşadək ən yaxşı innovatorlar siyahısına düşən ilk italiyalı qadındır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, İtaliyanın Texnologiya İnstitutunda çalışan Françeska Santaro yanmış dərinin sağalmasını sürətləndirən günəş plastırlarını (solar plasters) icad etdiyinə görə müvafiq siyahıya düşüb.

"Bu siyahıya düşən ilk italyan qadın olduğum üçün qürur duyuram. Bu təcrübə İtaliyada yaxşı tədqiqatlar apara biləcəyimizi göstərir", - deyə Françeska Santaro ANSA-ya müsahibəsində söyləyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.