Maraqlı

Intel 5G modemini təqdim edib

15 Noyabr 2018 08:41
0 Şərh     Baxış: 729
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Intel" şirkəti "iPhone" modellərində quraşdırılacaq "5G" modemini təqdim edib
 
"Intel" şirkəti gələcək "iPhone" modellərində quraşdırılacaq beşinci nəsil mobil rabitə standartını (5G) dəstəkləyən "XMM 8160" modemini təqdim edib.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, modemin əksər qurğulara, o cümlədən smartfon, planşet və kompüterlərə quraşdırılacağı gözlənilir. Onun maksimal sürəti 6 Qbit/saniyə təşkil edəcək ki, bu da müasir "LTE" modemlərindən 3-6 dəfə sürətlidir. "XMM 8160" bir neçə "5G", eləcə də "4G", "3G" və "2G" standartını dəstəkləyir.
 
"Intel" nümayəndələrinin sözlərinə görə, "XMM 8160" modeminin kütləvi istehsalına 2019-cu ilin ikinci yarısında başlanacaq, modemlə təchiz edilən qurğular isə 2020-ci ildə satışa çıxarılacaq. Şayiələrə görə, "5G" standartlı ilk "iPhone" modeli 2020-ci ildə istehsal ediləcək.
 
Bundan başqa, 2019-cu ildə "Samsung" və "Huawei" şirkətlərinin "Qualcomm Snapdragon X50" prosessorlu deyil, "5G" modemləri dəstəkləyən smartfonlar təqdim edəcəyi ehtimal olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.