Maraqlı

İnsan sifətli köməkçi robot hazırlanıb - VİDEO

15 Noyabr 2018 08:35
0 Şərh     Baxış: 1 651
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsveçin "Furhat Robotics" startapı realistik insan sifətinə malik insanabənzər səsli köməkçi funksiya hazırlayıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, ilk dəfə "Web Summit" konfransında nümayiş olunan "Furhat" robotu özündə "Alexa" və ya "Siri" kimi rəqəmli köməkçi və insanabənzər texnologiyaları özündə birləşdirir. Robot müxtəlif sifətlərin, eləcə də elmi-fantastik filmlərin personajlarının əks etdirilməsini quraşdırmağa imkan verən başdan ibarətdir. Qurğuya animasiya edilmiş sifətləri robotun üz yerində əks etdirməyə imkan verən enlibucaqlı proyeksiya sistemi quraşdırılıb.

Məlumata görə, "Furhat" görmə kontaktını dəstəkləməklə dinləyə, danışa və həmsöhbətə reaksiya verə bilən sosial robotdur. Yüksək keyfiyyətli enlibucaqlı fotokamera və stereofonik mikrofonlar əks rabitəni təmin etməklə robota ətrafda baş verənlərə reaksiya verməyə imkan verir. Səsli texnologiyalar və süni intellekt sistemi sayəsində robot 30 dildə danışa və onları istifadəçilərə öyrədə bilir. "Furhat" proqramına ünsiyyət üçün istifadəçinin istəyinə uyğun quraşdırılan bir sıra ifadə və jestlər yüklənilib. 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
İnsan sifətli köməkçi robot hazırlanıb

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.