Maraqlı

Xüzu və xüşu halı nə deməkdir?

15 Noyabr 2018 22:15
0 Şərh     Baxış: 901
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bunlar İslam əxlaqına aid olan terminlərdir və müsəlmanın Allah qarşısında vəziyyətini əks etdirir. Xüsusilə, namaz və sair ibadətlər zamanı insanın xüzu və xüşu halında olması bəyənilir. Xüzu - özünü əskik saymaq, təvazökarlıq etmək, əyilmək, öz nəfsini, mənəm-mənəmliyini əzmək deməkdir.

Milli.Az islam.az-a istinadən bildirir ki, insan Allah qarşısında daim bu halda olmalıdır. Allahın ucalığını və qüdrətini bütün davranışları ilə təsdiq etməyə çalışmalı, bunun müqablində öz acizliyini etiraf etməlidır. Xüşu isə qorxu mənasında anlaşılır. Yəni həmişə Allahın nəzarəti altında olduğunu, bütün pis əməllərinə görə mütləq Allaha cavab verəcəyini anlamaq, bu düşüncəyə yiyələnmək. Namaz zamanı xüzu və xüşu halında olan şəxsin diqqəti kənara yönəlməz, o, bütün diqqətini ibadətə verər, çünki böyük qüdrət qarşısında durduğunu anlayar. Hətta namaz zamanı insanın öz duruşu ilə də xüzu və xüşuya riayət etməsi tövsiyə olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.