Maraqlı

Mələklərin güldüyü kəslər

15 Noyabr 2018 22:20
1 Şərh     Baxış: 1 496
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir gün Həzrət Peyğəmbər (s) Cəbrayildən (ə) soruşur: "Mələklər gülüb-ağlayırlarmı?".

Cəbrayil (ə) deyir: "Bəli. Üç insana təəccüb üzündən gülərlər. Üç insana ürəkləri yandığı üçün ağlayarlar.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, güldükləri ilk kəs: O kəsdir ki, bütün gününü yersiz sözlər və işlər görməklə keçirər, axşam olan kimi işa namazını qılıb, yenə yersiz işlərinə davam edər. Mələklər gülər və deyər: "Ey xəbərsiz! Səhərdən axşama qədər doymamısan, indi doyacaqsan?".

Güldükləri ikinci kəs: Əkinçi öz belini və külüngünü götürər və torpağını islah etmək bəhanəsi ilə (özü ilə şəriki arasında olan) müştərək divarı ovar ki, öz payını çoxaltsın. Mələklər gülər və deyərlər: "Bu torpaq bu qədər genişliyi ilə səni doydurmayıb, bu müxtəsər yer doyduracaqdır?".

Güldükləri üçüncü kəs: O qadın ki, sağ olan zaman özünü naməhrəmdən örtməz, ölən zaman qəbrə qoyanda bədənini örtərlər ki, heç kəs bədəninin həcmini görməsin. Mələklər gülər və deyərlər: "O zaman ki, meyil və rəğbət var idi, onu örtmürdünüz, indi ki, kərahətə səbəb olmuşdur, onu örtürsünüz?"".

Allahım! Bizləri belə naçar vəziyyətə salma!

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.