Maraqlı

Kənd-kənd gəzib kasıb uşaqlara nağıl oxuyan imamın hekayəsi

13 Noyabr 2018 22:35
0 Şərh     Baxış: 1 130
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranın kasıb ərazilərində uşaqlara "moizə əvəzinə kitab oxuyan" və nağıllar danışan bir din adamının hekayəsidir bu...

İrana tətbiq edilən sanksiyaların bir qisminin qüvvəyə mindiyi, yaşayışın bahalı olması, pul yığmağın dəyər itkisi, işsizlik, su və işıq kəsilmələrinə etiraz edildiyi bir vaxtda o, kənd-kənd gəzib uşaqlara nağıl oxuyur.

39 yaşlı imam İsmail Azerinecad iki uşaq atasıdır .

İslam fəlsəfəsi və ərəb ədəbiyyatı dərsləri keçmədiyi vaxtlarda İranın cənub-qərbində kəndləri dolaşan imam köhnə Peugeot avtomobilinə yığdığı kitabları kasıb uşaqlara paylayır. Uşaqlarla bərabər oturub kitablardan bəzi hissələri oxuyur.

Bu, amerikalı yazıçı Philip C. Stead-in "Ayının danışacaq bir hekayəsi var" kitabı da ola bilər, ənənəvi fars ədəbiyyatından bir nümünə də.

Bir tərəfdə "Amerikaya ölüm şüarları", bir tərəfdə nağıllar

"Guardian" qəzeti nin imam İsmail Azerinecaddan bıhs edən məqaləsində yazır:

"İranlı din adamı "Qış qapıdaydı və ayının yuxusu gəlməyə başlamışdı" deyə danışmağa başlayır. İranlı din xadimləri adətən cümə namazlarında təhrikedici ifadələr səsləndirir və ya televiziyada arxa fonda "Amerikaya ölüm" şüarları eşidilərkən danışırlar. Azerinecad-ın həyat məqsədi isə fərqlidir".

Qəzetə açıqlama verən Azerinecad "Mənim məqsədim onların gözəl bir dünyaya sahib olmalarını və bacarıqlarını inkişaf etdirmək üçün intellektlərini inkişaf etdirməyi təmin etməkdir" deyir.

Azerinecad boş vaxtlarında uşaqlar üçün film nümayişi təşkil edir, bəzən isə məktəblərini boyamağa kömək edir.

İranlı din adamının arabası

Azerinecad "Şüarım budur: Nağıl, top, rəng. Hekayələr onların ağıllarını və dünyalarını gözəlləşdirir, top idman etmək və sağlam olmaq, rənglər isə məktəbləri və kitabxanaları boyamaq mənasını verir" deyə danışır:

"Kitabları seçərkən qərəzli davranmıram. Yazıçının xarici ya da iranlı olmasına, dini kitab olub-olmadığına baxmıram. Onları inkişaf etdirəcək hər kitab mənə uyğundur".

İran mədəniyyətində nağıllar və hekayə danışmağın yeri böyükdür.

Bu ənənənin kökləri UNESCO-nun da siyahısında yer alan Nekkali adlandırılan Dramatik Hekayə Nəqlinə əsaslanır.

"Uşaqların əlində kitab varsa, ümid var"

Sosial media dövründə bu ənənələrin silinməyə başladığından narahat olan Azerinecad uşaqların gələcəkdə nənə və babalarından eşitdikləri nağılları bir kənara yazacaqlarına, bunları dostlarına danışacaqlarına ümid etdiyini söyləyir.

Ayda 15 milyon İran rialı qazanan Azerinecad könüllü fəaliyyət göstərdiyini təkid edir, amma ianələrdən imtina etməyəcəyini də söyləyir. Sonuncu dəfə ərazi xalqı ona yeni bir avtomobil almaq üçün pul toplamağa başlayıb.

"Öz maşınımdan, öz benzinimdən istifadə edirəm, kəndlərə gedən zaman özümün hazırladığım yeməkləri aparıram" deyən iranlı imam hökumətdən kömək istəmədiyini və onların da pulla dəstək vermədiklərini deyir.

"Bu mənim həyatımın bir parçasıdır, işimlə əlaqəli deyil".

İrana qarşı sanksiyaların həyata keçirildiyi gərgin siyasi atmosferin fonunda Azerinecad ümidsiz olmadığını söyləyir:

"İqtisadi çətinliklər var və ümidsizlik havası hökm sürür. Mənim ümidim bu uşaqlar üçündür. Onlara kitab oxumaqları üçün cəsarət verə bildiyim müddət ərzində ümid etməyə davam edəcəm. Uşaqların əllərində kitab varsa, ümid var".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.