Maraqlı

İtaliyada buzdan konsert zalı və musiqi alətləri hazırlanır

12 Noyabr 2018 22:31
0 Şərh     Baxış: 1 161
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Musiqisevərlər qış mövsümündə qeyri-adi konsertin şahidi olacaqlar. Amerikan heykəltəraşı Tim Linart buz materialından istifadə etməklə İtaliyanın Trentino şəhərindəki 2600 metr hündürlükdə yerləşən Prezena buzlağında 200 tamaşaçı yeri olan əsl konsert zalı inşa edəcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, 2018-ci il dekabrın 29-dan 2019-cu il martın 31-dək görünüşü ilə iynəni xatırladan bu tikilidə silsilə konsertlər təşkil olunacaq. Lakin tədbirin unikallığı yalnız onun keçirildiyi yerdən ibarət deyil. Musiqiçilər əsərləri tamamilə buzdan hazırlanmış alətlərdə ifa edəcəklər. Tim Linart bu musiqi alətlərinin səsinin gözəl olacağına əmindir. Qeyri-adi ansamblın üzvləri öz partiyalarını buzdan hazırlanan gitara, ksilofon, nəfəsli və simli alətlərdə səsləndirəcəklər.

Bu konsertin yeganə çatışmayan cəhəti isə soyuq zalda keçirilməsi olacaq. Ona görə də tamaşaçılar qalın paltarlar geyinməlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.