Maraqlı

Bu qadınla sevgili olana 134 milyon manat veriləcək - Bir şərtlə

11 Noyabr 2018 17:34
12 Şərh     Baxış: 16 968
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərənin ən gənc milyonçusu Ceyn Park özünə qəribə üsulla sevgili axtarır.

Milli.Az xəbər verir ki, 23 yaşlı milyonçu onunla sevgili olan şəxsə 60 milyon funt-sterlinq (134 milyon manat) verəcəyini açıqlayıb.

Milyonçu olduqdan sonra xoşbəxt yaşaya bilmədiyini deyən Ceyn onu, həqiqətən, sevəcək kişiyə sərvətindən pay verməyə hazır olduğunu deyib. "Deyli Mirror" qəzetinə müsahibə verən 23 yaşlı sərvət sahibi bu payın qarşılığında. sadəcə, sədaqət tələb edir.

Qeyd edək ki, Ceyn Park 17 yaşında ikən lotereyanın şanslı qalibi olub. O, televiziya ulduzu Sam Callahan ilə sevgi münasibətləri yaşayıb. Lakin Sam onu aldadıb və buna görə cütlük ayrılıb.

Sədaqətin puldan daha dəyərli olduğunu bildirən Ceyn bir internet səhifəsi vasitəsilə ona elçi düşən şəxslərlə tanış olub kiminlə evlənəcəyinə qərar verəcək. (Publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.