Maraqlı

Yeni Apple kompüterlərində Linux olmayacaq

13 Noyabr 2018 08:35
0 Şərh     Baxış: 1 259
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Apple" şirkəti "Apple T2" təhlükəsizlik çipinə malik kompüterlərdə "Linux" əməliyyat sisteminin dəstəklənməsini dayandırıb.  

Milli.Az ICTnews-a istinadən bildirir ki, "Apple T2" çipi "iMac Pro", eləcə də 2018-ci il buraxılışlı yeni "Mac Mini", "MacBook Air" və "MacBook Pro" qurğularında istifadə olunur. Bu kompüterlər üçün "Windows" əməliyyat sisteminin quraşdırılmasının davam etdirilməsinə baxmayaraq "Linux" proqram təminatının dəstəklənməsi dayandırılıb. Nəticədə çip yeni fərdi kompüterlərdə "Linux" sisteminin yüklənilməsini bloklamağa başlayıb.

Prinsip etibarilə belə kompüterlərə "Linux" sisteminin quraşdırılması hələlik mümkün olsa da, bunun üçün təhlükəsiz yüklənilmə yardımçı kompüter proqramında (utility) "Təhlükəsiz yüklənilmə" funksiyasını söndürmək tələb olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.