Maraqlı

Təbiətin qanunları, “0 və 1” oyunu

13 Noyabr 2018 08:31
0 Şərh     Baxış: 2 328
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Təbiətin qanunları çox dəqiq və doğru olmalıdır ki, kainatın varlığı mümkün olsun. Bu qanunların əsas xüsusiyyətlərindən biri dalğa və hissəciyin ikili təbitəi  "0 və 1" oyunudur. Kainatın təməlində iki mühim ünsür işıq və qaranlıq hökm sürür. İşığın ən kiçik hissəcikləri olan fotonlar eyni zamanda həm dalğa həm də zərrəcikdir. Vücudumuzu təşkil edən atom və malekulları nəzərə alsaq, başa düşərik ki, biz cansızdan canlıya (hüceyrəyə) , görünməyəndən görünənə keçiş edirik. Ruhumuz və vücudumuz bizim hər iki dünyaya aid olduğumuzu sübut edir. Kainat davamlı öz gələcəyini hesablayan nəhəng bir kvant kompyuteridir. Maddə və enerji prosesindən  informasiya ortaya çıxır. Kainatın hesablama bacarığı canlı kompleks sistemi kimi böyük sirlərdən birini izah edir.

Milli.Az xeberler.az-a istinadən bildirir ki, insan beyni kvant dünyasını özündə əks etdirən təbii kvant maşındır. Bir kvant kompüterində olduğu kimi, eyni zamanda iki vəziyyətdə olmaq üçün beynimizdə bit əvəzinə kubit yerləşir. Beyin bir fizikokimyəvi funksiyadır. Bu nəhəng elektrik şəbəkəsi onlarla milyard elektrik implus generatorlarından ibarətdir. Bu generatorlara neyronlar deyilir. Hər neyron diğər böyük bir miqdarda 100 minə yaxın neyronla birləşir. Və neyronların  hamısı fasiləsiz olaraq elektrik implyusları ilə mübadilə edir. Digər növün alternativ reallığı "Matrix" filmində mtəqdim olunur. İnsanlar fərqində olmadan kompüterlər tərəfindən yaradılan süni zəka ilə modelləşdirilmiş virtual gerçəklik şəklində yaşayırlar.

Eyni zamanda kompüterlər onlardan bioelektrik enerji ilə qidalanır. Bəlkə də bu gerçəkdən o qədər  uzaq deyil. Biz vaxtımızı süni şəkildə yaradılan reallıqda  "İkinci həyat" kimi veb saytlarda keçirməyi üstün tuturuq. Jim Carrey'nin "The Truman Show" filmi kimi kompüter tərəfindən yazılmış film  oyunçuları kimi biz özümüz olmadığımızı necə öyrənə bilərik? Nəticə  sadədir: bu  birbaşa insan beyninin kompüterlərdə istifadə edilən prinsiplərinin üzərində qurulmasını göstərir. Kompüterin emal etdiyi bütün məlumatlar "0 və 1" ikili kod üzərindən olmalıdır. Bu iki kodun köməyi ilə istənilən məlumatı kodlaşdırmaq mümkündür. 0 - elektrik siqnalı yoxdur; 1 - elektrik siqnalı vardır.

-Yuxularımızın  hamısı yenə də, yalnız "0 və 1" oyunudur.
-İnsan 2 faktordan vücud və ruhdan ibarətdir.
-Ölüm gözlə görünən dünya ilə görünməyən dünya arasında bir keçiddir; bir qapıdır.
-Kainatda işıq və qaranlıq hökm sürür.
-Həyat xeyr və şər üzərində qurulub və s.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.