Maraqlı

Yeni mobil əlavə depressiya əlamətlərini müəyyənləşdirəcək

13 Noyabr 2018 08:21
0 Şərh     Baxış: 1 279
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mindstrong" tibb startapı "iOS" əməliyyat sistemi üçün yenilənmiş "Health" əlavəsini təqdim edib. Mobil proqram istifadəçinin qurğu ilə əlaqəsi əsasında depressiya, şizofreniya və bipolyar pozuntunun ilkin əlamətlərini aşkarlayır.

Milli.Az ICTnews-a istinadən bildirir ki, tərtibatçılar əsas diqqəti psixi pozğunluğun ikinci dərəcəli əlamətlərinə - istifadəçinin qurğu ilə təmasına aid dəyişikliklərə yönəldiblər. Əlavə bu barədə məlumatlar toplayır, onları serverlə bölüşür və bundan sonra süni intellekt əldə olunan informasiyanı analiz edir.

Məlumata görə, süni intellekt ən kiçik detalları belə nəzərə alır: smartfon ekranına basılmanın gücü, barmağın ekranda saxlanılma müddəti, mətnin yığılması zamanı amplitudalar. Bütün bunlar xəstəlik əlamətləri ola bilər. İlkin testlərdən məlum olub ki, bu metod əvvəlki pozuntuların aşkarlanması zamanı ənənəvi söhbət və sınaqlarla müqayisədə daha effektivdir.

"Health" yaradıcılarının sözlərinə görə, əlavə istifadəçi haqqında çoxlu məlumat toplayacaq, lakin serverlə yalnız fərdiləşdirilməyən şifrlənmiş informasiyanı bölüşəcək. Bununla yanaşı, onlardan kənar saytlar istifadə edə bilməyəcək, yazışmalar, zənglər və parollar isə seçimdə iştirak etməyəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.