Maraqlı

Lotoda 14 dəfə cekpot udan şəxs uğur formulunu açıqladı

10 Noyabr 2018 22:09
0 Şərh     Baxış: 1 916
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Riyaziyyatçı Stefan Mandel, indiyə qədər müxtəlif ölkələrdə lotereyada 14 dəfə böyük cekpot qazanıb.

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, Mandel uğurunu təmin edən formulu açıqlayıb.

Rumıniya və Avstraliya vətəndaşı olan Mandelin inkişaf etdirdiyi metodla böyük cekpotu qazanmaq mümkündür. Ancaq bunun üçün minlərlə investorun müdaxiləsi lazımdır.

Riyaziyyatçının fikrincə, müəyyən etdiyi 6 şərt həyata keçirildiyi təqdirdə, 6 böyük cekpotdan beşini qazanmaq mümkündür.

Mandelin 6 addımda cekpotu qazanma formulu aşağıdakı kimidir:

- Mümkün birləşmələrin sayını hesablayın. Məsələn, rəqəmsal lotoda 1-dən 49-a qədər 6 rəqəm bilinməsi tələb edilir. Bu da ümumilikdə 13 milyon 983 min 816 birləşmə mənasına gəlir.

- Lotoda böyük cekpotun miqdarının bunun ən az 3 qat olduğu anı gözləyin. Yəni, Mandelin hesablamasına görə, türkiyədə rəqəmsal Lotoda böyük cekpotu qazanmaq üçün cekpotun 42 milyon lirəyə qədər artmasını gözləyin.

- Hər birləşmə üçün pul qoyacaq insanlar tapın. (Mandel Virciniya lotosu üçün 2524 investor tapıb)

- Hər birləşmə üçün loto oynayın və kuponları saxlayın.

- Kuponları loto məntəqələrinə aparın.

- Cekpotu qazanın və investorlara pullarını ödəməyi unutmayın (1987-ci ildə 1,3 milyon dolar qazandığı cekpotdan Mandelə 97 min dollar pul qalıb).

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.