Maraqlı

Diyeqo Qonsales Rivasın adı müasir tibb tarixinə düşüb

9 Noyabr 2018 19:29
0 Şərh     Baxış: 1 011
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İl ərzində dünyanın 101 ölkəsində 800-ə yaxın ağır əməliyyat aparan torakal cərrahiyyə mütəxəssisi 44 yaşlı qalisiyalı cərrah Diyeqo Qonsales Rivasın adı müasir tibb tarixinə düşüb. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, gecə-gündüz böyük ruh yüksəkliyi ilə çalışan həkimin işləyib hazırladığı texnika daha çox ona rəğbət bəslənilən Çində tanınır.

Cərrahiyyə əməliyyatı aparılan ölkələr arasında birinci yeri ABŞ tutur (ildə 400 cərrahi müdaxilə). Sonrakı yerlərdə İspaniya (iki dəfə az) və Çin dayanır. Diyeqo Qonsales Rivas ilin 6 ayını Çində keçirir və ağciyər xərçəngi olan xəstələrin sayının çox və şəfa tapanların isə az olduğu nəzərə alınarsa, onun üsulu böyük müvəffəqiyyət qazanır. O, əməliyyatlarla yanaşı, dünyanın 70 ölkəsindən olan 600-dən çox həmkarına təlim keçməyə də vaxt ayırır.

2019-cu il Diyeqo üçün xarici səfərlərlə zəngin olacaq. İspaniyada ümidvardırlar ki, bu cərrahı ölkədə saxlamaqdan ötrü bütün səylər göstəriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.