Maraqlı

Yaponiyada mobil telefon rabitəsi üçün yeni antena hazırlanıb

9 Noyabr 2018 22:40
0 Şərh     Baxış: 537

Müasir dünyada mobil telefonlar üçün siqnalları ötürən antenalar mühüm əhəmiyyətə malikdir. Lakin bəzi hallarda onların görünüşü xoş təsir bağışlamır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, iki yapon şirkəti antenaları bizi əhatə edən peyzajda maskalamaq üsulu hazırlayıblar.

Yaponiyanın telekommunikasiya operatoru "NTT Docomo" və şüşə istehsalı ilə məşğul olan "AGC" şirkətləri noyabrın 7-də yeni antena növünü ictimaiyyətə təqdim ediblər.

Metaldan hazırlanan yeni antena pəncərə şüşəsinə yerləşdirilib və o, burada demək olar ki, diqqəti cəlb etmir.

Yeni qurğu siqnalı 200 metr məsafəyə ötürməyə qadirdir. Yeni məhsul öz tipində ilk qurğu hesab edilir.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.