Maraqlı

Stressi azaltmağın yolu - Yuxu və gülüşdən daha təsirlidir

10 Noyabr 2018 23:25
1 Şərh     Baxış: 1 459

Alimlər bildirirlər ki, həftədə bir dəfə ağlamaq psixika üçün xeyirlidir.

Milli.Az medicina.az-a istinadən bildirir ki, yapon alimləri müəyyən ediblər ki, həftədə bir dəfə axıdılan göz yaşları  insanın mental sağlamlığına bir fincan çobanyastığı çayından da yaxşı təsir göstərə bilər.

Təəccüblü səslənsə də bu belədir.  

Ağlamaq stressi azaltmaq üçün yuxu və gülüşdən daha effektivdir.

Alimlərin sözlərinə görə, emosianal musiqi dinləmək, kədərli filmlərə baxmaq əhval-ruhiyyə üçün  önəmlidir. Belə ki, bu yolla ürək ritmini zəiflədən parasimpatik sinirlərin aktivliyi artır.

"Əgər siz həftədə bir dəfə ağlayırsınızsa onda stressiz yaşaya bilərsiz" deyə alimlər bildirirlər. .

2008-ci ildə 3000 nəfərin iştirakı ilə aparıla eksperimentdə ağlamağın insan psixikasına təsiri öyrənilib. Əldə edilən nəticələr müəlliflərə onu deməyə imkan verir ki, ağlamaq bir terapiya formasıdır.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    anonim · 11 Noyabr 01:1910

    Heftede 1 nedi, gunde 3 defe aglayiram. Onda gerek mende hec stress qalmayaydi :)

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.