Maraqlı

Elm və texnologiyanın inkişafına ən çox töhfə verən UNİVERSİTET

10 Noyabr 2018 08:21
0 Şərh     Baxış: 1 545
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Stenford Universiteti "Reuters" agentliyinin elm və texnologiyalara daha çox töhfə verən ali məktəblər barədə tərtib etdiyi dünya reytinqində ardıcıl olaraq dördüncü dəfə birinci yeri tutub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, reytinqin ilk beşliyinə yalnız ABŞ universitetləri daxildir. Belə ki, ikinci yerdə Massaçusets Texnologiya İnstitutu, üçüncüdə isə Harvard Universiteti qərarlaşıb. Liderlər beşliyini müvafiq olaraq Pensilvaniya və Vaşinqton universitetləri tamamlayıb.

Ölkələr üzrə ali məktəblərin sayına görə reytinqdə isə ilk pillədə ABŞ (49 təhsil müəssisəsi), ikinci və üçüncüdə müvafiq olaraq Almaniya (9) və Yaponiya (9) yer alıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.