Maraqlı

Alimlər mobil qurğuların təhlükəsindən yazırlar

10 Noyabr 2018 08:05
0 Şərh     Baxış: 1 010
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"CHEO" tədqiqat institutunun alimləri uşaq və yeniyetmələrin istifadə etdikləri elektron qurğuların beyin fəaliyyətini azaltdığını və normal inkişafa mane olduğunu müəyyənləşdiriblər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, tədqiqatlara görə, 20 uşaqdan yalnız biri qurğulardan təyinatı üzrə istifadə edir, digərləri isə rejimi dəyişərək smartfon və planşetlərdən sui-istifadə hallarına yol verirlər. Həkim tövsiyələrinə mütəmadi əməl etməyən uşaqlar üzərində keçirilən sınaqlar əqli qabiliyyətin azaldığını, eləcə də ümumi səhhətin pisləşdiyini göstərib.

Mobil qurğular vasitəsilə internet və sosial şəbəkələrə həddən artıq aludəçiliyin ən ağır nəticələri arasında həkimlər tərəfindən müalicəsi ciddi müdaxilə tələb edən psixi pozğunluqlar qeyd olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.