Maraqlı

Süni intellektli ilk bankomat istifadəyə verilib

10 Noyabr 2018 08:55
2 Şərh     Baxış: 1 262
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiya mühəndisləri dünyada ilk süni intellektə malik bankomat yaradıblar. Unikal aparat banklara fırıldaqçılardan qorunmağa kömək edəcək.  

Milli.Az ICTnews-a istinadən bildirir ki, "Hitachi-Omron Terminal Solutions" şirkəti tərəfindən yaradılan bankomat digərləri kimi, bir neçə kamera ilə təchiz edilsə də, onlar "ağıllı" qurğunun ətrafında baş verənləri qeydə almaqla yanaşı, mürəkkəb analiz apara bilən kompüter görmə sistemi üçün göz funksiyasını yerinə yetirirlər.

Məsələn, bankomata tünd eynək və ya maska taxan insan yaxınlaşan zaman qurğu qəribə istifadəçidən həmin şübhəli aksessuarları çıxarmağı xahiş edəcək. İstifadəçi imtina edəcəyi halda bankomat vəsaitlərin nağdlaşdırılması və ya köçürülməsi üzrə əməliyyatların aparılmasına imkan verməyəcək. Bundan başqa, bankomat öz davranışı üzərində öyrənə və ona düzəlişlər edə bilir.

Şirkətin rəsmi nümayəndələri bildirib ki, sistemin təkmilləşdirilməsi və növbəti ildə bankomatların kütləvi istehsalı planlaşdırılır. Onların sözlərinə görə, hazırda süni intellektli bankomatların ilk sınaq prototipləri fəaliyyət göstərir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.