Maraqlı

"Fanat" atanın videosu milyonları hiddətləndirdi - VİDEO - FOTO

9 Noyabr 2018 12:59
0 Şərh     Baxış: 1 630
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kiçik oğlu qapıda durmuş ata övladının qolkiperliyindən narazı idi. Rəqib komandadakı uşaqlar hücuma keçəndə o, balaca oğlunun ləng tərpəndiyini görür və uşağı itələyib yıxır.

Milli.Az European-a istinadən bildirir ki, top balaca qapıya dəyib qayıdır, amma rəqib oyunçu cəld tərpənərək topu təkrarən qapıya yönəldir.

Olay Uelsdə, 8 yaşına çatmamış uşaqlardan ibarət "Bow Street Magpies FC" və "Ysgol Llanilar FC" komandaları arasındakı oyunda çəkilib.

Kris Uilkins videonu Twitter-dəki akkauntunda paylaşandan sonra görüntülərə milyonlarla insan baxıb. Və baxanların tam əksəriyyəti "fanat" atanın yaramaz, hətta qəddar hərəkətini sərt tənqid edib.

Çoxsaylı şikayətləri qulaqardına vura bilməyən polis araşdırmaya başlayıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.