Maraqlı

Dərini cavanlaşdıran və qocaldan məhsullar

8 Noyabr 2018 22:35
1 Şərh     Baxış: 1 766
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Erazmus Universiteti (Hollandiya) alimləri aşkar ediblər ki, qidalanmasında çoxlu meyvə və tərəvəzlər olan qadınlarda 50 yaşdan sonra qırışlar daha az olur.

Araşdırmanın nəticələri Journal of the American Academy of Dermatology jurnalında dərc olunub.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, alimlər 50 yaşdan yuxarı olan 2700 insanın qidalanması haqqında məlumatlar toplayıb. Daha sonra bu insanların üz qırışları müayinə olunub.

Nəticədə məlum olub ki, daha çox meyvə-tərəvəz və balıq istehlak edən qadınlarda qırışların sayı və dərinliyi daha az olub. Maraqlıdır ki, kişilərdə bu əlaqə sezilmir, yəni kişilərin qidalanması qırışların say və dərinliyinə ciddi təsir etmir.

Faydalı məhsullarla yanaşı alimlər dərinin cavalığı üçün ən ziyanlı məhsulları da təyin edib. Belə ki, qırmızı ət, çörək və şirniyyatlardan sui-istifadə edən qadınlarda qırışlar daha çox və dərin olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.