Maraqlı

Siqareti atandan sonra ürək neçə ilə bərpa olunur?

8 Noyabr 2018 23:35
0 Şərh     Baxış: 2 278
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Siqaret çəkmək ürək-damar sisteminə çox ciddi ziyan vurur, insult və infarktın riskini bir neçə dəfə artırır.

Hal hazırda ürək-damar sistemi xəstəlikləri ölüm səbəbləri arasında birinci yer tutur.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, əvvəllər belə hesab olunurdu ki, siqareti tərgitdikdən 5 il sonra insultun riski azalır və heç vaxt siqaret çəkməyən insanlarda olduğu səviyyədə müəyyənləşir. Lakin ABŞ alimlərinin yeni araşdırması göstərib ki, ürəyin və damarların tam bərpası üçün daha çox vaxt tələb olunur.

Alimlər 50 il ərzində 8700 siqaret atan insanın sağlamlıq göstəricilərini analiz etdikdən sonra belə nəticəyə gəlib ki, ürək və damarların tam bərpası üçün 5 deyil, hətta 10 deyil, 15 il (!) tələb olunur. Məhz siqareti atandan 15 il sonra infarkt və insultun inkişafı riski heç vaxt siqaret çəkməyən insanlarda kimi olur.

Lakin bu ən qorxunc nəticə deyil. Alimlərin sözlərinə görə, ürək və damarlar ən tez bərpa olunur. Ağciyər, beyin və s. orqanların bərpası üçün bundan da çox vaxt lazımdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.