Maraqlı

Astronomlar qalaktikanın mərkəzindən fəvvarə kəşf etdilər

9 Noyabr 2018 08:12
0 Şərh     Baxış: 970
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Science Alert" portalı kosmosla bağlı yeni tədqiqatın nəticələrini açıqlayıb.

Milli.Az "ölkə.az"-a istinadən bildirir ki, astronomlar yeni qara dəlik aşkar ediblər. Bu qara dəlik soyuq molekulyar qazdan qapalı tsikl formalaşdırır.

Qara dəlik "Abell 2597" qalaktikasının mərkəzində yerləşir. Yerdən qara dəliyə qədər olan məsafə milyardlar işıq ili qədərdir.

Harvard-Smitsonov astro fizika mərkəzinin alimi Qarnat Trembley məsələ ilə bağlı deyib:
"Çox güman ki, bu, soyuq molekulyar qazın qara dəliyə axınını sübut edən bizim kəşf etdiyimiz ilk sistemdir".

Bununla yanaşı, alimlər qeyd edirlər ki, təbii ki, qaz qara dəlikdən fışqırmır. Dəliyin qravitasiyası qazı özünə cəzb edir və hansısa səbəbdən akkreasion disk yaranır və bu disk də qazın digər hissələrini özünə cəzb edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.