Maraqlı

Əgər kimdənsə xoşunuz gəlirsə... - Maraqlı TÖVSİYƏLƏR - FOTO

9 Noyabr 2018 20:45
0 Şərh     Baxış: 1 930

"Gözəlçə" filmindən tanıdığımız və heyran olduğumuz aktrisa Culiya Roberts hesab edir ki, kiməsə aşiq olmusunuzsa, bunu ona bağıra-bağıra deməlisiniz. Əks halda bir sonrakı an gec ola bilər. Təbii ki, əgər o, ən ülvi hisslərinizə layiqdirsə...

Milli.Az oxucuları dəfələrlə dünyanın ən cazibədar aktrisası seçilən Culiya Robertsin dəyərli fikirləri ilə tanış edir.

Əsl eşq gəlməz, o zatən sizin öz qəlbinizdədir.

Onun sizsiz də xoşbəxt olmasını arzulamağı bacarırsınızsa, deməli, həqiqətən də sevirsiniz.

Əslində adi işi olan sıradan bir insanam.

Kimisə sevirsinizsə, bunu ona bağıra-bağıra söyləyin. Bir sonrakı an gec ola bilər.

Övladlarımdan qətiyyən balaca aktyorlar, ya balaca müvəffəqiyyətli iş adamı, yaxud kiçik dahilər yetişdirmək istəmirəm. Mən istəyirəm ki, uşaqlar evi çirkləndirsin, onlardan tər, toz və günəş qoxusu gəlsin.

Uşaqlıqda hamımız heyvanlarla danışa bilirdik...

Aktyor kadr arxasında öz rolunu möhtəşəm oynaya bilər, amma o, evə özü kimi qayıtmalıdır.

Hesab edilir ki, məşhurluq cüzam xəstəliyi kimi bir şeydir. Birdən anlayırsan ki, insanların arasında görünmək və ictimai yerlərə getmək olmaz, ümumiyyətlə, adət etdiyin işləri yerinə yetirə bilmərsən. Amma sən bunlara tüpürsən və o işləri görməyə davam etsən, onda tədricən başa düşəcəksən ki, öz azadlığını qurban vermək məcburiyyətində deyilsən.

Çox vacibdir ki, nəyisə öz əllərinlə düzəldə biləsən.

Mənə elə gəlir ki, böyük müəllimin olması sizi daha çox formalaşdırır. Sizə məhəl qoymamaları eyni ilə sizi təriflədikləri qədər daha vacibdir.

Normal ilə dəlilik arasında seçim etməli olduqda, dəliliyi seçirəm.

Təəssüf ki, uşaqlar valideynlərinin səhvlərinə görə özlərini günahlandırır.

Mən qız sayılmaq üçün çox hündürəm, ledi olmaq üçün kifayət qədər paltarım yoxdur, ümumiyyətlə özümü heç vaxt qadın adlandırmazdım. Xala ilə cücə arasında bir şeyəm.

Çox az adam buna inanır ki, kollecdə oğlanla ən sonuncu öpüşən mən idim, 20 yaşında isə lezbiyanların nə olduğunu bilmirdim.

Mən heç vaxt çılpaq çəkilməyəcəm. Tamaşaçılar qarşısında paltarda görünmək - bədii təsəvvürdür, çılpaq isə sənədli kinodur. Üstəlik istəmirəm ki, cəbr müəllimim, mənim ombalarımı görsün.

"Gözəlçə" filminin çəkilişlərindən əvvəl fahişələrlə çox söhbət etdim və sizə deyə bilərəm ki, onların gələcəklə bağlı arzu və ümidləri tanıdığım bir çox adamın arzularından daha təmiz və gözəldir.

Madiyyatla mənəviyyatın ziddiyyət təşkil etməsi çox qədim teoriyadır. Hansısa maoizmdir.

Şlyapaları sevirəm, xüsusilə saçlar kirlidirsə.

Çox pul qazandıqdan sonra həyatımda heç nə dəyişmədi. Sadəcə ətrafımda "Varlandıqdan sonra həyatımda nə dəyişdi?" sualını verən adamların sayı artdı.

Mətbuat konfranslarında yalan danışmağı xoşlayıram.

Mənim üçün, ümumiyyətlə müasir dünyada dəbdəbə - istədiyinizi yerinə yetirmək bacarığı, istədiyiniz işlə məşğul olmaq, öz seçiminizə və arzularınıza görə yaşamaq deməkdir.

Bir çox Hollivud ulduzlarından fərqli olaraq elə paltarlar geyinmirəm ki, onun vasitəsilə qəzet oxumaq mümkün olsun.

Çoxları ifritə olduğumu düşünür. Yəqin ki, hündürboy və ali təhsilli olduğum üçün.

Sarı mətbuat əvvəllər olduğu kimi təcavüzkar deyil. Amma onun axmaqlığı o qədər sürətlə inkişaf edir ki, bəzən hər şeyin eyni olmasını istəyirik.

Heç vaxt şampun reklamında çəkilməzdim. Amma mehmanxanalarda qoyulan şampunlar xoşuma gəlir. Rəfiqəm bir dəfə "Culiya, sənin elə gözəl saçların var ki! Onları hansı şampunla yuyursan?" deyə sual verdi. "Mehmanxana nömrəsindən aldığımla", - dedim. Və o zaman rəfiqəm bloknotunu çıxardıb "Oy, bəs bu mehmanxanadır?" deyə soruşdu. (publika.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.