Maraqlı

Müsəlmanla möminin fərqi nədir?

8 Noyabr 2018 07:11
1 Şərh     Baxış: 1 466
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müsəlmanlıq kəlmeyi-şəhadəti dilə gətirməklə sübuta yetir. Yəni Allahın varlığını və təkliyini, Həzrət Mühəmmədin (s) peyğəmbərliyini etiraf edən adam müsəlman sayılır, onunla müsəlman kimi rəftar edilir. Yəni bu şəxsin canı, malı və namusu amandadır. Ama iman isə qəlbə bağlı olan bir haldır. Mömin o şəxsə deyilir ki, kəlmeyi-şəhadətin cümlələrinə və digər dini hökmlərə həqiqətən, səmimi qəlbdən inanır, onlara əməl edir və günahlardan çəkinir. Kimin mömin olub-olmadığını insanların təyin etməsi çətindir, bunu ən düzgün şəkildə Allah bilir. Hədislərdə İslam dini Məkkə şəhərindəki Məscidül-hərama, iman isə Kəbə evinə bənzədilib. Kəbə evi Məscidül-həramın daxilindədir. Kim Kəbənin içinə daxil olsa, Məscidül-həramın da içində sayılar. Amma Məscidül-həramın hər hansı nöqtəsində olan şəxsin Kəbədə olduğunu deyə bilmərik. Yəni mömin şəxs mütləq mənada həm də müsəlmandır. Amma hər müsəlman mömin deyil, o, fasiq (ardıcıl günah edən) və münafiq (ikiüzlü, riyakar) da ola bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.