Maraqlı

Apple AirPods 2 barəsində yeni məlumatlar

8 Noyabr 2018 08:01
0 Şərh     Baxış: 1 046
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Oktyabr ayının sonunda Apple şirkəti tərəfindən keçirilmiş tədimatda hamı səbrsizliklə Apple AirPods 2 naqilsiz qulaqlıqlarını və AirPower naqilsiz şarj stansiyasının təqdimatını gözləyirdi. Lakin şirkət sözügedən məhsulları təqdim etmədi. Qeyd etmək lazımdır ki, birinci AirPods modeli ilə AirPower naqilsiz şarj stansiyası hələ 2017-ci ildə iPhone X ilə birlikdə anons edilmişdilər. Nəticədə AirPods qulaqlıqları işıq üzü gördü, lakin AirPower şarj stansiyası hələ də satışa çıxmayıb

Milli.Az technote.az-a istinadən bildirir ki, internetdə AirPods 2 naqilsiz qulaqlığı barəsində məlumatlar ortaya çıxıb. Belə ki, MySmartPrice saytının verdiyi məlumata əsasən AirPods 2 qulaqlığı mütləq şəkildə Bluetooth SIG sertifikatını əldə edib. Sertifikatda yenilənmiş qulaqlıq barəsində bəzi məlumatlar aşkar edilib. İnternetdə ortaya çıxmış siyahıda iki model nömrəsi əks olunub: A2031 və A2032. Həmin modellərin təsvirlərində qeyd olunub ki, cihazlar Bluetooth 5.0 protokoluna sahib olacaqlar. Bu o demək deyil ki, AirPods 2 qulaqlıqları yaxın zamanda satışa çıxacaqlar. Lakin artıq indidən məlumdur ki, Apple şirkəti keçən il təqdim etmiş olduğu naqilsiz qulaqlıqların təkmilləşdirilməsi üzərində çalışır.

Hər halda sızdırılmış bu məlumat sayəsində biz artıq dəqiq bilirik ki, AirPods 2 Bluetooth 5.0 protokolunu əldə edəcək. Baxmayaraq ki, Bluetooth 5.0 protokolu qulaqlıqların səs keyfiyyətinə təsir etməyəcək, qulaqlıqların çalışma diapazonunu və batareyaların çalışma müddətini uzadacaq. Çox güman ki, AirPods 2 həmçinin insan sağlamlığının bəzi göstəricilərini də təyin etməyi bacaraq. AirPods 2-nin gələn ilin Mart ayında təqdim olunması gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.