Maraqlı

5G-ni dəstəkləyən iPhone satılacaq

8 Noyabr 2018 08:11
0 Şərh     Baxış: 1 028
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"5G" şəbəkəsini dəstəkləyən ilk "iPhone" smartfonu  2020-ci ildə əlçatan olacaq. Bu haqda "Fast Company" şirkətinin araşdırmasında deyilir.
 
"ICTnews" Elektron Xəbər Xidməti "life.ru" saytına istinadən yazır ki, "5G" çiplərin tədarükçüsü "Intel" şirkəti olacaq. "Apple"ın smartfonunda 8161 modemi quraşdırılacaq. Həmçinin məlumata görə, şirkət "Qualcomm" ilə əməkdaşlıqdan imtina edəcək və "Intel" yeganə çip tədarükçüsü olacaq.
 
10 nanometrlik texnoloji proses üzrə hazırlanacaq 8161 modemi "5G" şəbəkəsində məlumatları yüksək sürətlə ötürəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.