Maraqlı

Google Chrome-da gözlənilən yenilik olacaq

8 Noyabr 2018 08:51
0 Şərh     Baxış: 1 479

Bu ilin sonunda təqdim ediləcək "Google Chrome" brauzerinin yeni, 71-ci versiyası istifadəçiləri qıcıqlandıran və aldadan reklam elanlarını bloklaya biləcək. Qaydaları müntəzəm pozanların reklamları blok ediləcək.
 
"ICTnews" Elektron Xəbər Xidməti "iz.ru" saytına istinadən yazır ki, müştərilərin cəlbi üçün qeyri-etik metodlardan istifadə edən reklamçılar qara siyahıya salınacaq. "Google" belə saytların sahiblərinə bütün qanun pozuntularını aradan qaldırmaq üçün 1 ay vaxt verəcək. İstifadəçi belə reklamlar onu qıcıqlandırmadığı halda bu bloklanmanı deaktiv edə bilər.
 
Korporasiya, uzun müddət olar ki, vicdansız reklamçılara qarşı mübarizə aparır - "Google Chrome"da öz-özünə işə düşən videolar, üzə çıxan pəncərələr, həmçinin şübhəli saytlara yönləndirmə cəhdi blok edilir.
 
"Google"un bu təşəbbüsü internet reklam bazarına ciddi təsir göstərəcək, çünki "Chrome" brauzeri dünya ölkələrinin əksəriyyətində liderlik edir.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.