Maraqlı

Xiaomi Mi 9 bir ilk olacaq

8 Noyabr 2018 08:59
0 Şərh     Baxış: 2 270
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İnternetdə "Xiaomi" şirkətinin buraxmağa hazırlaşdığı yeni qabaqcıl "Xiaomi Mi 9" smartfonu barədə ətraflı məlumatlar dərc olunub.

"ICTnews" Elektron Xəbər Xidməti "Ferra" resursuna istinadən yazır ki, məlumata görə, 2019-cu ilin birinci yarısında buraxılacaq "Xiaomi Mi 9" əvvəllər "Snapdragon 855" kimi tanınan "Qualcomm Snapdragon 8150" prosessoru üzərində qurulacaq.

Bildirilir ki, 7 nanometrlik texnoloji proses üzrə hazırlanan "Snapdragon 8150" prosessoru "Qualcomm" şirkəti tərəfindən indiyədək rəsmən təqdim edilməsə də, 2019-cu ilin əksər qabaqcıl smartfonlarının əsasını təşkil edəcək. Bundan başqa, "Xiaomi Mi 9" "Snapdragon 8150" əsasında işləyən ilk smartfon ola bilər.

Bundan əlavə, yeni qurğu 48 meqapikselli "Sony IMX586" sensoruna malik 3 kamera, 6-10 giqabaytlıq operativ yaddaş, ekrana inteqrasiya edilmiş barmaq izi skaneri və simsiz enerjidoldurma funksiyası ilə təchiz ediləcək. Həmçinin "Xiaomi Mi 9" suya və toza qarşı davamlı olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.