Maraqlı

Smartfon divarın arxasındakı insanı "gördü"

8 Noyabr 2018 08:05
0 Şərh     Baxış: 821

Amerikalı mühəndislər otaqda insanın olub-olmamasını bilmək üçün  orada olan "Wi-Fi" dəstəkli qurğu və kənarda yerləşdirilmiş qəbuledicidən istifadə etməyə imkan verən metod hazırlayıblar. Yeni alqoritm ilk öncə siqnallar üzrə ötürücü aparatların otaqda yerini dəqiqləşdirir, bundan sonra isə əks olunan siqnallar üzrə otaqda hərəkət edən insanın olub-olmamasını müəyyənləşdirir.
 
"ICTnews" Elektron Xəbər Xidməti "nplus1.ru" saytına istinadən yazır ki, hazırda məlumatların "Wi-Fi" standartı üzrə simsiz ötürülməsi çox geniş yayılıb, bir çox mənzil və ofislərdə simsiz routerlər quraşdırılıb və onlara smartfon, planşet və başqa qurğular qoşulub. Bu səbəbdən rabitə və kompüter təhlükəsizliyi sahəsində bəzi mütəxəssislər "Wi-Fi" standartını insan və başqa obyektlərin hərəkəti haqda informasiyanın əldə edilməsi üsulu kimi araşdırıblar. Məsələn, ötən il tədqiqatçılar qrupu "Wi-Fi" dəstəkli qurğunun köməyi ilə otağı "görməyi" və otaqdan kənarda yerləşdirilmiş qəbuledicinin köməyi ilə oradakı obyektlər haqda informasiya toplamağı öyrəniblər. Ancaq əvvəllər keçirilən belə tədqiqatlar məlumatların əldə edilməsi üçün ya "Wi-Fi" ötürücü aparatın otaqda yerləşdirilməsini, ya da otaqdan kənarda güclü avadanlıqdan istifadə edilməsini nəzərdə tuturdu.
 
Çikaqo Universitetindən Haytao Çjen və onun həmkarı təcrübədə sübut ediblər ki, otaq daxilində insanların hərəkəti haqda məlumatın əldə edilməsi üçün "Wi-Fi" siqnalını qəbul edə bilən smartfonun olması kifayətdir.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.