Maraqlı

“Qızıl zəncir” (silsilətüz-zəhəb) hədisi hansı mövzudadır?

8 Noyabr 2018 22:45
0 Şərh     Baxış: 494

Dini kitablarda (əsasən, şiə mənbələrində) xatırlanan bu məşhur bir rəvayət hədisi-qüdsi qisminə aiddir. Hədis ən mötəbər və müqəddəs ravilərdən ibarət sənəd zənciri vasitəsilə rəvayət edildiyi üçün ona bu ad verilib. Onun sənədində son halqadan - İmam Rzadan (ə) ilk halqaya - Allaha kimi yer tutan bütün ravilər ya imam, ya peyğəmbər, ya da mələkdən ibarətdir.

Milli.Az islam.az-a istinadən bildirir ki, hicri 200-cü ildə (miladi 815-816-cı illər) Abbasi xəlifəsi Məmun səkkizinci imam Rzanı (ə) Mədinədən Mərv şəhərinə, öz yanına gətizdirməyi əmr edir. Həzrət Rza (ə) Mərv istiqamətində yola düşdü. Karvan indiki İran ərazisində yerləşən Nişapur şəhərinə çatanda əhali pişvaza çıxdı. Şəhərin məşhur alimləri İmamın kəcavəsinə yaxınlaşıb xahiş etdilər ki, onlar üçün hədis rəvayət etsin. İmam kəcavənin pərdəsini qaldırıb buyurdu: "Atam Musa ibn Cəfər öz atası Cəfər ibn Mühəmməddən, o öz atası Mühəmməd ibn Əlidən, o öz atası Əli ibn Hüseyndən, o öz atası Hüseyn ibn Əlidən, o öz atası əmirül-möminin Əli ibn Əbu Talibdən, o, Allah Rəsulundan, o, Cəbraildən, o isə Allah-Taaladan rəvayət edib: "La ilahə illəllah kəlməsi mənim qalamdır (istehkamımdır); hər kim bu qalaya daxil olsa, əzabımdan amanda qalar". İmamın sözləri bitib karvan yola düşəndə həzrət bu cümləni də əlavə etdi: "Bunun şərtləri var və mən həmin şərtlərdənəm".

Rəvayətə görə, həmin gün bu hədisi eşidənlərdən savayı, yazıya alanların sayı 24 min nəfərdən artıq imiş.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.