Maraqlı

Niyə bütün rayonlarında azan vaxtları Bakıdan bir neçə dəqiqə gec verilir?

8 Noyabr 2018 23:10
1 Şərh     Baxış: 1 491
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Niyə Azərbaycanın bütün rayonlarında azan vaxtları Bakıdan bir neçə dəqiqə gec verilir, tez yox?

Azan vaxtları Günəşin səmadakı vəziyyətinə əsasən təyin edilir. Çünəşin isə bəlli hərəkət trayektoriyası vardır. Günəş şərq tərəfdən çıxıb qərb tərəfdə batır.

Milli.Az islam.az-a istinadən bildirir ki, Azərbaycanın coğrafi quruluşu elədir ki, böyük şəhərlər içində yalnız Bakı ən şərq nöqtədə yerləşir, bütün rayonlar və şəhərlər Bakıdan qərb tərəfdədir. Ona görə də azan vaxtı Günəşin konkret vəziyyəti ilk olaraq Bakıda həyata keçir, bundan sonra məsafədən asılı olaraq digər rayonlarda azan vaxtı daxil olur. Məsələn, Günəş Bakıda daha tez çıxır və Günəşin doğmasını Bakıda daha tez müşahidə etmək mümkündür. Günəşin batması da digər rayonlara nisbətən Bakıda daha tez baş verir. Abşeron yarımadasının Bakıdan şərqdə yerləşən bəzi qəsəbə və kəndləri istisnadır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.