Maraqlı

Qəti olan ölümü təxirə salmaq mümkündürmü?

8 Noyabr 2018 23:40
0 Şərh     Baxış: 1 220

İmam Əli (ə) buyurur: "Fürsətlər bulud kimi keçir, ona görə də xeyirli fürsətləri qənimət bilin".

İnsan ömrü öz-özlüyündə onsuz da qısadır. Hər kəsin Lövhi-Məhfuzda həyatı qeyd olunmuşdur. Bu əcəli, qəti əcəl adlandırırlar.

Əlbəttə, bəzi əməllər insan ölümünü təxirə salar. Bəzi əməllər isə ölümün tezləşməsinə səbəb olar. Misal üçün, vacibatları yerinə yetirməmək, haramlara üz tutmaq kimi. Ancaq əksinə - yaxşı əməllər yerinə yetirib, vacibatları vaxtlı-vaxtında ən gözəl şəkildə icra etmək insan ölümünü təxirə sala bilər.

İmam Sadiq (ə) buyurur: "Ölümlərin bir çoxu günahlara görə və ömürlərin uzunması isə həsənələrə görədir".

Yəni, insanın ömrünü qısaldan əməl günah və uzadan əməl isə həsənədir.

Quran buyurur: "Kitabda (Lövhi-Məhfuzda) yazılmadan heç bir yaşlı kəsə uzun ömür verilməz və heç bir kəsin ömründən azaldılmaz. Həqiqətən, bunlar Allah üçün asandır". ("Fatir" 11).

Əlbəttə, bu məsələ qəti olmayan ölümlərə şamil edilir. Ancaq qəti ölümün zamanını təxirə salmaq mümkün deyildir. Quran bu həqiqəti dəfələrlə bəyan etmişdir.

"Hər bir ümmət və dəstənin (Allahın əzəli elmində və Onun Lövhi-Məhfuzunda müəyyən bir) əcəli vardır ki, əcəlləri sona çatanda, bir saat olsun belə, gecikməzlər və əlbəttə, bir saat qabağa da keçməzlər". ("Yunus" 49).

Hər bir halda Allah insana ömrü boyu çox sayda fürsətlər verir və İmam Əlinin (ə) də buyurduğu kimi, bu fürsətlər bulud kimi keçməkdədir. Əgər vaxtında ondan istifadə etməsək və faydalanmasaq, o zaman həmin fürsəti əldən vermiş olarıq. Bu da bizə ziyandan başqa bir şey gətirməz.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.