Maraqlı

1 milyonluq büstqalteri o geyinəcək - FOTO

7 Noyabr 2018 23:58
1 Şərh     Baxış: 3 001
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Victoria's Secret" möhtəşəm şousunda hamının xəyalı olan alt geyimini 29 yaşlı model Elza Hoska etibar edib. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, büstqalter gümüş və 2100 brilyantdan hazırlanıb. "Atelier Swarowski"nin hazırladığı şou noyabrın 8-də Nyu-Yorkda keçiriləcək. 

Büstqalterin hazırlanmasına 930 saat gedib. Dəyəri isə 1 milyon dollardır. Sama Hosk isə büstqalterlə ilk fotosessiya etdirən məşhur olub. 

Büstqalterin eyni zamanda "Swarowski"dən hazırlanan ikinci bir versiyası da var. Bu isə noyabrın sonunda hərraca çıxarılacaq. Başlanğıc qiyməti isə 250 dollar müəyyənləşib. 

Qeyd edək ki, "Mouawad" tərəfindən hazırlanan qızıl büstqalter də bir müddət əvvəl gündəmdə idi. Brilyant qaşlarla bəzədilən alt geyimi 2 milyon dollar idi.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.