Maraqlı

Qalaktikamız başqa qalaktikanı necə uddu?

6 Noyabr 2018 23:35
0 Şərh     Baxış: 837

Bu kəşf bizim qalaktikada ulduzların hərəkətini ölçən astronomlar qrupuna aiddir.

2 milyard hərəkəti təhlil edən alimlər Süd Yolunun (Kəhkəşan) 33 min ulduzunun ondan kənarda doğulduğunu və digər ulduzlar kimi hərəkət etmədiyini aşkar ediblər. Space.com saytı xəbər verir.

Xüsusi teleskopların köməyilə bu ulduzları müşahidə edən alimlər müəyyən ediblər ki, onlar 10 milyard il əvvəl Süd Yolunun digər qalaktika ilə toqquşması nəticəsində meydana gəlib. Ehtimallara görə, bu qalaktika Süd Yolundan beş dəfə kiçik olub.

"Süd Yolu - hannibaldır. Biz keçmişdə onun çoxlu cırtdan qalaktikaları udduğunu bilirdik. Lakin biz indi onun iri qalaktikanı da udduğunu aşkar etmişik", New-York-dakı Columbia Universitetinin astronomu Catherine Johnson qeyd edib.

O, alimlərin işini polis istintaqı ilə müqayisə edib, çünki burada söhbət ölmüş qalaktikadan gedir.

"Kəşf ona görə mümkün olub ki, ulduzların hərəkəti onların mənşəyi barədə yaddaşı qoruyub saxlayır", Niderlanddakı Groningen Universitetinin astronavtı, tədqiqatın rəhbəri Amina Helmi bildirib.

Ulduzların hərəkətini ölçmək üçün Helmi və onun həmkarları "Gaia" kosmik teleskopundan istifadə ediblər. Onun köməyilə təqribən milyardlarla ulduzun koordinatlarını göstərən üç ölçülü xəritənin tərtib ediləcəyi ehtimal olunur. Süd Yolunun udduğu qalatikanı teleskopun şərəfinə "Gaia-Enceladus" adlandırıblar.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.