Maraqlı

Saçları hər gün yumaq olarmı?

6 Noyabr 2018 23:25
0 Şərh     Baxış: 2 634

Əvvəllər belə hesab olunurdu ki, saçları həftədə 1 dəfə yumaq olar, bundan tez yox.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, lakin hal hazırda trixoloqlar saçları müəyyən fasilələrlə deyil, çirkləndikcə yumağı tövsiyə edirlər.

Yağlı saçlar daha tez-tez çirklənir ki, onları bəzən hər gün yumaq lazım olur. Saglamolun.az xəbər verir ki, trixoloqların fikrinə görə, bu problem deyil. Əksinə saçların uzun müddət ərzində çirkli qalması onların sağlamlığına gündəlik yuyulmaqdan daha mənfi təsir edir.

Saçların yağlılığını azaltmaq üçün onları isti su ilə deyil, ilıq su ilə yuyun və sonda alma sirkəsi (2 l su + 2 x.q. alma sirkəsi) və ya gicitkən, çobanyastığı dəmləməsi ilə yaxalayın.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.