Maraqlı

Beynin ən çox dəyişikliyə uğrayan hissələri aşkarlanıb

11 Noyabr 2018 23:45
0 Şərh     Baxış: 1 782
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngilis elm adamları insanın gənclik illərində ən çox dəyişikliyə uğrayan hissələrini aşkarlayıblar.

Milli.Az islaminsesi.info-ya istinadən bildirir ki, İngiltərənin Kembric universitetinin elm adamları bunu səbəbi kimi qarışıq düşüncələri göstəriblər.

Elm adamları beynin görmə, eşitmə və hərəkət funksiyaları ilə əlaqədər hissələrin yeniyetməliyə qədər tamamilə inkişaf etdiyini aşkarlayıblar. Digər tərəfdən məlum olub ki, 14-24 yaş arasında insanın qarışıq düşüncələr və qərara vermə ilə əlaqədər olan hissələrin hələ dəyişməkdə davam etdiyini iddia ediblər.

Araşdırma əsnasında gənclərin beyin inkişafı ilə şizofreniya arasında əlaqə kəşf edilib. Elm adamları beyində ana fəaliyyət mərkəzlərinin inkişafında rol oynayan bəzi genlərin bir çox şizofreniya xəstələri ilə eyni olduğunun fərqinə varıblar.

Araşdırma komandasında çalışan alimlərdən biri bildirib ki, bu yaşlarda insanın bir çox ruhi pozğunluqlarının olma ehtimalı var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.