Maraqlı

Bu xəbəri miqrendən əziyyət çəkənlər oxusun

11 Noyabr 2018 23:55
0 Şərh     Baxış: 2 649
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Harvard Universiteti alimləri araşdırma nəticəsində aşkar ediblər ki, miqrendən əziyyət çəkən qadınlarda bu pozulmadan əziyyət çəkməyənlərlə müqayisədə ürək-damar sistemi xəstəlikləri daha tez-tez inkişaf edir.

Milli.Az sağlamolun.az-a istinadən bildirir ki, araşdırmada 115 min qadın iştirak edib. Bu qadınların 15 %-i miqrendən əziyyət çəkirdi. Araşdırma göstərib ki, baş ağrılarından əziyyət çəkən qadınlarda ürək-damar sistemi xəstəliklərinin riski 2 dəfə çox olub.

Miqrendən əziyyət çəkən qadınlarda infarkt və stenokardiya kimi pozulmalara daha tez-tez rast gəlinir.

Bundan əvvəl aparılan araşdırmalar göstərib ki, miqren insultun riskini artırır.

Alimlər qadınlara miqrendən passiv şəkildə əziyyət çəkməyi deyil, miqreni müalicə etməyi tövsiyə edirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.