Maraqlı

Qocalığın qarşısını alan dərmanlar: heroprotektor

10 Noyabr 2018 20:10
1 Şərh     Baxış: 837

Alimlər çoxdan fikir veriblər ki, bəzi dərmanlar və maddələr insanın həyatını uzatmaq, qocalmanı ləngitmək qabiliyyətinə malikdir. Belə dərmanları "heroprotektor" adlandırırlar, yəni "qocalığın qarşısını alan dərmanlar".

Milli.Az saglamolun.az-a istinadən məlumatına görə, belə dərmanlardan biri şəkərli diabet xəstəliyinin müalicəsində istifadə olunan metformin dərmanıdır. Rus alimləri tərəfindən laborator siçovullar üzərində aparılan eksperimentlər göstərib ki, metformini qəbul edən heyvanlar daha çox yaşayıb. Həmçinin bu preparat onlarda süd vəzi xərçənginin inkişafını ləngidib.

İngiltərə və Amerika alimləri metformini qəbul edən 70 min şəkər xəstəsinin sağlamlığını analiz ediblər. Məlum olub ki, bu insanlarda metformini qəbul etməyən insanlarla müqayisədə xərçəngin riski 35-40% az idi və onlar 15% daha çox yaşayırlar. Sübut olunub ki, bu preparat ateroskleroz, xərçəng xəstəliyi zamanı yaxşı müalicəvi təsir göstərir.

Amerikada metformin artıq heroprotektor kimi qəbul olunub və onu qocalığı ləngidən vasitə kimi insanlara təyin edirlər.

Melatonin maddəsini də "heroprotektor" adlandırmaq olar. Bu maddə insan orqanizmində gecə ifraz olunur və yuxunu tənzimləyir. Eksperimentlər zamanı bu maddə siçovullar və siçanlara yeridildikdə onların həyatı xeyli uzanırdı.

Həmçinin melatonin onkoloji xəstəliklərinin müalicəsində də istifadə olunur.

Kiçik dozalarda təyin olunan aspirin də insanın həyatını uzatmaq və xərçəng xəstəliklərinin qarşısını almaq qabiliyyətinə malikdir. Lakin aspirinin bəzi yanaşı təsirləri və əks-göstərişləri var ki, bu səbəbdən aspirin çox ehtiyatla təyin olunur, bəzi xəstəliklər zamanı isə ümumiyyətlə təyin olunmur.

Resveratrol (polifenol) maddəsi üzüm çəyirdəklərinin və qırmızı çaxırın tərkibinə daxildir. Bu maddə cavanlaşdırıcı təsirə malikdir, qocalmanı ləngidir, ürək-damar sistemi xəstəliklərindən qoruyur.

Hal hazırda bütün dünyada qocalmanın qarşısını alan dərmanlarla bağlı geniş araşdırmalar davam edir və müsbət nəticələr verir.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    VƏTƏNDAŞ · 10 Noyabr 20:1400

    BƏLKƏ ŞƏRABCILIQ VƏ ÜZÜMCÜLÜYÜ GÜCLƏNDİRƏK ONDA SAĞLAM OLARIQ

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.