Maraqlı

Uşaqlarda öskürəyi azaltmağın 5 SADƏ YOLU

10 Noyabr 2018 20:45
1 Şərh     Baxış: 1 652
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Evinizdə edə biləcəyiniz sadə yollarla uşağın öskürəyinin azalmasına yardımçı ola bilərsiniz

Qış aylarının gəlişi ilə birlikdə xəstəliklər də artıb. Uşaqların immunitet sistemi zəif olduğu üçün infeksiyalara daha tez yoluxurlar. Xəstəlik sağalsa da, uzun müddət davam edən öskürək əl çəkmək bilmir. Evdə öskürəyi azaltmağa, hətta tamamilə yox etməyə yardım edəcək sadə yollar təqdim edirik.

Burnu tez-tez duzlu su ilə yuyun

Dəniz suyu tərkibli burun damcısı, spreyi, ya da evdə hazırladığınız duzlu su ilə uşağınızın burnunu gün ərzində təmizləyin.

Yastığını yüksəldin

Uşaq düz yerdə yatanda öskürürsə, yastığını bir az dikəldin.

Soyuq buxar tətbiq edin

Uşağınıza 3-4 saat ara ilə 5-10 dəqiqə boyunca soyuq buxarı qəbul etdirin. Bu, tənəffüs yollarındakı qıcıqlanmanı aradan götürür.

Öskürək siropunu özbaşına istifadə etməyin

Bəzi dərmanlar öskürəyi zəiflədərkən bəziləri bəlğəm dağıdıcı olduğu üçün öskürəyi gücləndirir. Həm də bu siropların uşağın sinir sistemi üzərində mənfi təsiri var. Buna görə uşağa ehtiyacı olan öskürək siropunu həkimin tövsiyəsi ilə verin.

Ballı limonlu su hazırlayın

Bir neçə damcı ilıq suyun içində əridilmiş bala limon suyu əlavə edərək, gecə yatmadan əvvəl uşağa içirin. Boğaz qıcıqlanmasını rahatladır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.