Maraqlı

Əllərdəki ləkələri yox edən asan və ucuz 3 ÜSUL

10 Noyabr 2018 19:15
0 Şərh     Baxış: 1 260
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əllərin üzərindəki qəhvəyi ləkələr çox vaxt yaş irəlilədikcə meydana çıxır. Amma bu ləkələrin yaranmasında başqa səbəblər də var. Məsələn, günəş şüaları. Bu ləkələri yox etmək üçün daha asan və ucuz başa gələn bir neçə üsul təqdim edirik.

Aloe vera geli

Bildiyiniz kimi, əllərimiz bir çox xarici təsirlərə məruz qalır. Nəticədə günəş və quruluq başda olmaqla digər amillər biz fərqinə varmadan qara nöqtələrin yaranmasına səbəb olur, bu ləkələr də tədricən yavaş-yavaş görünən hala gəlirlər. Bu da əlləri çirkin və  daha yaşlı göstərir.

Əgər hər gün əlinizə bir az aloe vera geli sürtsəniz, dərinizin yavaş-yavaş yenilənməsinə yardımçı ola bilərsiniz. Bu təbii gel qüvvətləndirici təsiri ilə ləkələri yox edərək əl dərisini müalicə edir. Hər gün istifadə edildiyi təqdirdə ən yaxı işə yarayan bir üsul sayılır. Dərinizi günəşdən qoruyur və əllərinizdə vaxtından əvvəl yarana biləcək yaşlılıq əlamətlərinin yaranmasının qarşısını alır.

Limon suyu

Limon suyu antik dövrdən bəri möcüzəvi təsirinə görə istifadə edilən məhsuldur. Dəri ağartmaq kimi möcüzəvi təsiri var. Limon suyunu gecə vaxtı istifadə edin. Çünki limon suyu sürtülmüş dəri günəşlə təmas edərsə, mənfi reaksiya verə bilər.

Yarım limonun suyunu iki dilim xiyar ilə qarışdırın. Ardından limon suyu ilə islanmış xiyar dilimlərini əllərinizin üzərinə qoyun və 20 dəqiqə saxlayın. Sonra əllərinizi yuyun.

Alma sirkəsi

Bir yemək qaşığı alma sirkəsini götürün və bir yemək qaşığı nəmləndirici kremlə qarışdırın. Normal günlərdə istifadə etdiyiniz nəmləndirici krem də ola bilər. 10-15 dəqiqə əllərinizə masaj edin. Gecə boyunca əllərinizdə saxlayın. Əllərinizdəki ləkələri ortadan qaldırmaq üçün yararlı üsuldur.

Oksigenli su

Bunu edərkən diqqətli olun, çünki bəzi insanlarda oksigenli suya qarşı allergik reaksiya ola bilər. Oksigenli suya batırılmış pambığı əllərinizin üzərinə qoyun və dərinin oksigenli suyu çəkməsini gözləyin. Əllərinizi yumayın, gecə elə saxlayın.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.