Maraqlı

Uşağa tualet vərdişi bu cür aşılanmalıdır – ANALAR, OXUYUN

10 Noyabr 2018 21:20
1 Şərh     Baxış: 1 282

Uşaqlara 18-30 ayları arasında tualet vərdişi öyrətmək məsləhətdir. Lakin bu müddət uşaqdan uşağa dəyişə bilər. Tualet vərdişinin vaxtında aşılanmaması gələcəkdə uşaqda sidik yollarında bəzi xəstəliklərin yaranmasına səbəb ola bilər. Türkiyəli uşaq həkimi Cem Akbal tualet vərdişi haqqında diqqət edilməsi lazım olan məqamlardan bəhs edib.

Tualet vərdişinə başlamazdan əvvəl uşağın buna hazır olub-olmadığını anlamaq vacibdir. Bunu anlamaq üçün uşağın bəzi hərəkətləri sizə ipucları verə bilərəcək:

1. Tualetini bezinə edən uşaq altını çirkləndirdiyi zaman bunu hər hansı formada, bəzi hərəkətləri ilə izah etməyə çalışırmı?

2. Alt paltarını, evdə geyindiyi paltarları özü endirib-çəkə bilirmi?

3. Hamam və tualetin evin ayrı hissələri olduğunu və orada nələr edildiyini anlamaq

üçün bəzi davranışları varmı?

4. Güvəcə oturmaq kimi hərəkət davranışı edə bilirmi?

5. "Bəli" və "xeyr" anlayışlarını bilir və söyləyirmi?

6. Quru və nəm nə deməkdir bilirmi və ifadə edə bilirmi?

7. Hər hansı bir müvəffəqiyyəti olduqda mükafatlandırılmağa müsbət cavab verirmi?

8. Sizdən istədiyi şeyləri tələb edə bilirmi?

Bəzi uşaqlar bu vərdişə çətin yiyələnirlər. Ona görə də məcburiyyət və cəza ilə bu vərdişi müəyyən zamanda aşılamağınız düzgün deyil. Bunun yerinə ətrafınızdakı uşaqların bu vərdişə yiyələnmələrini və bunun müsbət tərəflərini misal çəkin. Lakin müqayisə etməyin. Bu, uşağın özünü qeyri-kafi hiss etməsinə və özünə güvən hissini itirməsinə səbəb olacaq. Bütün uşaqların fərqli olduğunu, hər birinin fərqli sahələrdə üstün olduqlarını unutmayın.

Uşağa tualet vərdişi aşılamaq üçün əvvəlcə bəzi nizam-intizam qaydaları tətbiq etmək  məsləhətdir.

1. Səhər yuxudan oyandıqdan sonra, hər yeməkdən və gecə yatmazdan əvvəl tualetə getməyə təşviq etsəniz, yaxşı olar. Bu vaxtlar uşağın ağlında tez qalan zaman kəsimləridir.

2. Bu dövrdə geyinib-çıxarılması asan və islandıqda asanlıqla əvəz edilə bilən pijama və alt paltarlar istifadə etməyiniz bu müddəti asanlaşdıracaq.

3. Bu müddətdə kiçik qəzalar baş verdikdə anlayışla qarşılamaq və növbəti dəfə bunu  tualetə edə biləcəyini söyləmək lazımdır.

4. Bu zaman kiçik mükafatlar vermək, onu motivasiya edəcək sözlər istifadə etmək faydalıdır.

5. Bəzi hallarda tualet uşaq üçün uyğun olmaya bilər. Tualetin çox qaranlıq olması, pis iy verməsi  və s. Tualet vərdişi əsnasında tualeti uşağın mənimsəyə biləcəyi formada qura bilirsiniz.

6. Bu vərdişi aşılayan zaman bəzi ardıcıl davranış qaydalarını da öyrətməyi unutmaq olmaz. Bu ardıcıllıq - tualetə girmək, soyunmaq, tualetini etmək, təmizlənmək, geyinmək, sifonu çəkmək və əlləri yumaqdır. Bunların hamısının yerinə yetirilməsi tualet vərdişinin uğurla həyata keçirilməsi deməkdir.

7. Müvəffəqiyyətsizlik isə bu vərdişdən imtina və ya vərdişdən soyumağa əsas vermir. Bir daha cəhd edin.

Tualet vərdişi alınmadıqda...

Bir müddət fasilə verib nəfəs almaq hər iki tərəf, həm ana, həm uşaq üçün müsbət nəticələr verəcək. Uşaqlar hər dəfə yeni bir şey öyrənmə dövründə özlərini etibarlı və güvənli hiss etməlidirlər. Yanlış bir təcrübə və ya səhv nəticəsində öyrənmə müddəti uzun, çətin keçə bilər. Məsələn, tualetə uyğun oturmama və bu mövzuda özünü etibarda hiss etməməsi uşağın tualetdən qaçmağına səbəb olacaq. Bu müddətdə kiçik qəzalara görə uşağınızın altının uzun müddət yaş qala biləcəyini, cildinə tez-tez nəzarət etməyi və lazımlı, baxımlı etməyi unutmayın. Bezini nizamlı və tez-tez dəyişdirin.

Bu məqamlara diqqət edin:

1. Tualet vərdişi aşıladığınız müddətdə uşağınızın geyib soyunması üçün asan paltarlar seçin. Rahat geyimlər sayəsində uşaq lazım olduğu kimi oturub-dura biləcək, rahat və sürətli hərəkət edəcək.

2. Nümunə üçün siz də tualetə oturub uşağınıza nə etmək lazım olduğunu göstərə bilərsiniz və sizi təqlid etməsinə şərait yaradın.

3. Uşağınızın davranış və hərəkətlərindən tualetə ehtiyacı olub-olmadığını anlamağa çalışın. Məsələn, üz mimikaları, özünü sıxmaq, sidiyini tutma manevrləri və s. Onda bu anları müşahidə etsəniz, tualetə getməsini təklif edin.

4. Müəyyən vaxtlarda tualet ehtiyacı olub-olmadığını soruşun, "yox" cavabı versə, israr etməyin. Bunu edərkən ortaya çıxa biləcək kiçik qəzalara görə uşağınızı danlamayın.

5. Bu vərdişi aşılayarkən bəzi şeyləri tez-tez təkrarlamağınız əhəmiyyəti olacaq. Məsələn,  uzun bir səyahətə çıxdığınız zaman bunu tətbiq etmək çətindir.

6. Bir müddət güvəci özünüzlə gəzdirməyiniz məsləhətdir.

7. Hər iki saatdan bir tualetə aparın.

8. Təyyarəyə, ya digər ictimai nəqliyyat vasitəsinə minməzdən əvvəl tualetə aparın.

9. Yanınızda lazımlı sayda paltar və gigiyenik vasitələr götürün.

10. Oyun oynadığı vaxtlarda və oyuna aludə olduqda onu tualetə aparmağı unutmayın.

11. Tualet vərdişi aşılamaqda səbr göstərsəniz, bunun bəhrəsini görəcəksiniz.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Qumru · 11 Noyabr 13:3700

    Oglumda 1 yaw 6 ayliqdan bawladim, yay aylarina tesaduf etdiyinden rahat oyrendi.gunduzler pampers qoymadim teze -teze. Ter temiz dururdu. Sonra gece de qoymadim. Belece 2 yawina oyrendik uje. Hal -hazirda ozu deyir her weyi. Gece de islatmir. Rahat oldu bir sozle.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.