Maraqlı

Bunu etməklə kişiləri başdan çıxara bilərsiniz - Qadınların nəzərinə

10 Noyabr 2018 23:40
1 Şərh     Baxış: 2 814
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kişiləri qoxunuz, gülüşünüz, ya da saç rənginizlə cəlb edə bilərsiniz. Necə?

Geyim tərziniz

Yanlarında şıq qadın görmək istəyən kişilərin geyimdəki lazımsız detal və çox şit geyimlərdən xoşları gəlməz. Eyni zamanda uyğun olmayan yerlərdə lazımsız dekoltelərdən də xoşlanmazlar. Daha rahat və daha şıq geyinən qadınlar gün ərzində daha çox diqqətlərini çəkər. Rahat və şıq bir ayaqqabı hündürdaban seksual ayaqqabıdan daha şıq görünə bilər. Buna görə daha rahat bir geyimlə şıq olmağa çalışın.

Saç rənginiz

Hər zaman təbiiliyin, sadəliyin tərəfdarı olan kişilər "qadınlar saçlarını dəri rənginə uyğun rəngləməlidirlər", - deyirlər. Sarışın olmayan qadınların saçlarını sarı rəngə boyaması estetik görünüş baxımından xoşagələn deyil. Eyni zamanda şit və diqqətçəkən rənglər xoşlarına gəlmir. Təbii sarışınlarda açıq rəng, qara, qəhvəyi saç rəngləri onlar üçün daha estetikdir.

Qoxunuz

Qadınların qoxusu kişilər üçün önəmli bir ünsürdür. Kişilər adətən gözəl qadın ətrinin təsirinə girirlər. Kişilər ətir qoxusu ilə yanaşı dalğalanan saçlardan şampun, bədəndən duş geli qoxusunu almağı da xoşlayırlar. Bu qoxular kişilərə təsir edən əsas amillərdəndir. 

Gülüşünüz

Gülümsəmə bir qadında seksual görünən ilk şeydir. Xoş qəhqəhələr atan, şahanə bir gülümsəməsi olan qadınlar kişilərə fərqli gəlir. 

Səsiniz

Bir az boğuq, bir az cazibəli, havalı, ya da sirli. Şirin və qadına xas səs tonu ilə danışan xanım hər zaman cazibədardır.

Yerişiniz

Templə və özünə güvənli yeriyən bir qadın kişiləri daha çox cəlb edir.

Macəraçı ruhunuz

Sizin fərqli və yaxud qəribə şeylərə olan marağınız onun da diqqətini çəkməyi bacara bilər.

Ünsiyyət bacarığınız

Qarışıq duyğularını açıq və dəqiq bir şəkildə ifadə edə bilən qadınlar kişiləri özünə daha asan bağlayır.

Utancaqlığınız

Əgər yataq otağı üçün çılğın, günün digər saatlarında utancaqsınızsa, bu, qarşınızdakı kişinin daha çox xoşuna gedəcək.

Bir də son olaraq, qıvraq zəkası və hazırcavab olan qadın kişiləri daha çox cəlb edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.