Maraqlı

Sevgiliniz sizin üçün darıxsın deyə... – Qadınların nəzərinə!

10 Noyabr 2018 23:55
6 Şərh     Baxış: 3 689
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sizin üçün darıxsın deyə, necə davranacağınızı bilmirsiniz, öyrənməsi çətin də olsa, bu cür hiylələri hər biriniz bilməlisiniz. Yoxsa kişilərlə baş etmək o qədər də asan iş deyil!

Əksərən nə edəcəkləri bəlli olmayan kişilərə özünüzü özlətmək üçün bir neçə kiçik hiylələrə ehtiyacınız var.

Məqsədiniz sevgilinizin sizin üçün darıxması, hər dəqiqə sizinlə birlikdə olmaq istəməsidirsə, narahat olmayın! Bu yollarla istəyinizə nail olacaqsınız.

Dostlarınızla vaxt keçirin. Kişiləri dəli etmənin bir yolu da sizi idarə edə bilməmələridir Hətta o, yanınızda yoxkən belə, əyləncəli vaxt keçirməniz onu dəli edəcək. Sevgilinizdən bir az da artıq diqqət görmək istəyirsinizsə, qızlarla görüşüb əylənin.

Çiçək və şirniyyat. Onun iş yerinə çiçək, ya da şirniyyat qutusu göndərin. Beləcə, onu hər zaman düşündüyünüzü biləcək və xoşbəxt olacaq. Bəlkə siz də ofisdə kiçik sürprizlə qarşılaşa bilərsiniz.

Kiçik notlar. Günorta yeməyinin qutusuna, pulqabına, ya da cibinə kiçik duyğusal notlar yazıb qoyun. Bu cür romantik şeylərin həmişə biz qadınlara qarşı edilməsini istəyirik, amma onlar üçün etmirik. Sadəcə "səni sevirəm" yazmanız belə, kifayət edir.

Kiçik sürprizlər edin. Sevgilinizə kiçik şam yeməyi hazırlaya, ya da getmək istədiyi konsertə bilet ala bilərsiniz. Önəmli olan onun zövqlərinə xitab edəcək və həyəcanlandıracaq bir şeylər olsun.

Telefon. Həmişə ona zəng edən, mesaj yazan ilk sizsiniz? Ona zəng etməyin. Bu yolla sizin üçün həqiqətən darıxacaq və səsinizi eşitmək istəyəcək. Hər dəqiqə zəng etmənizdən xoşu gəlməsə də, birdən-birə niyə ona zəng etmədiyiniz onu maraqlandıracaq.

Şəkil göndərin. Sevgilinizə göndərdiyiniz rəsmlər onun diqqətini çəkəcək və daha çox istəyəcək. Əlbəttə, şəklin seksual olması vacib deyil. Məsələn, səhər bəzənib işə gedəndə şəkil çəkdirib "sabahın xeyir" notu ilə ona göndərin. İnanın, bütün günü sizi düşünəcək.

Uzaqlaşın. Sevgilinizdən bir az uzaqlaşın. Həyatınızı onun üzərinə qurmayın. Qoyun o sizin həyatınızın bir parçası olsun. Öz işinizlə maraqlanın.

İz buraxın. Evində, ya da maşınında bir şeylər unudun. Saç toqqası, dodaq boyası, kitab və s. kimi şeylər.

Dostlarına vaxt ayırın. İş çıxışı dostları ilə içəcəyi bir qəhvəyə, ya futbol oyununa qarışmayın.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.