Maraqlı

Möhürün yaranma tarixi necədir?

6 Noyabr 2018 23:10
0 Şərh     Baxış: 2 278
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İslamın ilk dövrlərində möhürdən istifadə etməyə ehtiyac yox idi. Çünki bütün evlərin döşəməsi torpaqdan idi, ən yaxşı halda yerə həsir döşəyirdilər. Bunların üzərində namaz qılanda onsuz da möhür qoymaq lazım deyil. Lakin sonralar evlərin içi bəzədilməyə başladı, yerə xalça-palaz döşədilər. Bu zaman şiələr namaz zamanı torpaqdan və möhürdən istifadə etməyə başladılar.

İmam Zeynül-abidindən (ə) başlayaraq, məsum imamlar özləri Kərbəla torpağı üzərinə səcdə etmiş və başqalarını da buna çağırmışlar. Rəvayət edirlər ki, İmam Cəfər Sadiq (ə) sarı diba parçanın (canamazın) arasında saxladığı İmam Hüseyn (ə) türbətinin üzərinə səcdə edir və buyururdu: "Hüseyn (ə) türbətinə səcdə etmək göylərin yeddi pərdəsini yırtar (yəni insanın duasının səma qatlarından keçib Allah dərgahına maneəsiz çatmasına səbəb olar)" ("Mənahilül-əbrar vi təlxisi Biharil-ənvar", XIV, 121).

Hicri III əsrdə (kiçik qeybət dövründə) Kərbəla torpağından möhür düzəldilməsi faktının mövcudluğu, hələ o dövrdə bunun adət kimi yayıldığını düşünməyə əsas verir (İ.İsfahani - "İmam Hüseynin (ə) həyatı", səh. 855).

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.