Maraqlı

İrəli-geri çəkilən kameralı smartfon təqdim olundu

6 Noyabr 2018 08:59
0 Şərh     Baxış: 1 338
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çərçivəsiz displeylə təchiz edilmiş "Lenovo Z5 Pro" smartfonu rəsmi təqdim edilib.
 
Aparat 2,2 QHs-dək takt tezlikli 8 nüvəli "Qualcomm Snapdragon 710" prosessoru və "Adreno 611" qrafik sürətləndiricisi, 2340x1080 piksel təsvir ölçülü 6,39 düymlük displey və "Corning Gorilla Glass" qoruyucu şüşəsi ilə təchiz edilib. Displey qurğunun ön səthinin 95,06%-ni tutur və  çərçivənin qalınlığı 2,07 mm təşkil edir.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, əsas kamera 16 və 24 meqapiksellik təsvir ölçüsünə malikdir. 16 və 8 meqapiksellik təsvir datçikinə malik ön kamera korpusda gizlədilib və lazım olduqda irəliyə gəlir.
 
Əməli yaddaşın tutumu 6 QB, daxili fləş daşıyıcının tutumu isə 128 QB təşkil edir. Tutumu 256 QB-dək olan "MicroSD" çıxarılıb-taxılan yaddaş kartlarının qoşulması mümkündür.
 
Smartfonda, həmçinin ekranın alt hissəsində gizlədilmiş barmaq izləri skaneri, "4G VoLTE", "Wi-Fi 802.11ac", "Bluetooth 5" və "GPS" simsiz rabitə modulları, 3350 milliamper/saat tutumlu akkumulyator batareyası quraşdırılıb.
 
Smartfonun ölçüsü 155,12x73,04x9,3 mm, çəkisi 210 qram təşkil edir. Aparat "Android 8.1 Oreo" əməliyyat sisteminin idarəetməsi altında işləyir.
 
11 noyabr 2018-ci ildən satışa çıxarılacaq "Lenovo Z5 Pro" modelinin qiyməti 287 dollardan başlayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.