Maraqlı

Dünya smartfonlar bazarında azalma var

6 Noyabr 2018 08:41
0 Şərh     Baxış: 875
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"International Data Corporation" analitik şirkəti tədqiqat apararaq cari ilin üçüncü rübündə dünyada smartfonların tədarük həcminin 6 faiz - 355,2 milyon ədədədək azalmasını açıqlayıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, məlumata görə, tədarük həcminin azalması dördüncü rüb ərzində də davam edir. Şirkət mütəxəssislərinin fikrincə, bazarda artım 2019-cu ildə bərpa olunacaq, lakin bu artımın nə dərəcədə olacağını proqnozlaşdırmaq hələ ki tezdir.

Bildirilir ki, üçüncü rübdə payı 20,3 faiz təşkil edən "Samsung" smartfonlarının tədarükündə də illik hesablamada 13,4 faiz - 72,2 milyon ədədədək azalma qeydə alınıb. Bununla yanaşı, "Samsung" şirkətinin uzun illərdir lider mövqeyə sahib olduğu Hindistan və İndoneziyada Çinin "Xiaomi", "Oppo" və "Vivo" kimi brendləri populyarlıq qazanmağa başlayıb.

Analitiklər qeyd edir ki, bütün satılan smartfonların təxminən üçdəbir hissəsini təşkil edən Çinin smartfonlar bazarında qurğular üçün istehlak xərclərinin azaldılması ilə əlaqədar olaraq ardıcıl altıncı rübdür azalma davam edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.