Maraqlı

iPhone 5G və yenilənmiş TrueDepth kameraları

6 Noyabr 2018 08:21
0 Şərh     Baxış: 97 236
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məşhur analitik Ming-Chi Kuo Apple şirkətinin məhsulları barəsində öz yeni proqnozlarını verib. Öz hesabatında o, iPhone və iPad modelləri üçün olan TrueDepth kameralarının təkmilləşdirilməsindən danışıb. Gözləntilərə əsasən 2019-cu ildə Apple şirkəti yeni iPhone modellərində daha güclü infraqırmızı şüalanmaya sahib təkmilləşdirilmiş TrueDepth kameralarını təqdim edəcək. Təkmilləşdirilmiş DrueDepth kameraları vasitəsilə istifadəçi üzünün Face ID texnologiyası ilə skanı zamanı ətraf mühitin işığının təsiri minimal olacaq. İstifadəçi isə öz növbəsində iPhone modelini blokdan çıxaran zaman Face ID texnologiyasının nasazlıqları ilə daha az hallarda rastlaşacaq.

Milli.Az technote.az-a istinadən bildirir ki, analitikin ikinci proqnozu Time-of Flight (ToF) adlı texnologiya ilə bağlıdır. Bu texnologiya vasitəsilə cihazların arxa kameraları vasitəsilə 3D obyektlər yaratmaq mümkün olacaq. Sözügedən texnologiyanın ilk öncə gələn ilin sonunda satışa çıxacaq iPad modellərində olacağı güman olunur. Belə ki, planşet vasitəsilə 3D obyektləri yaradaraq onları yeni Apple Pencil stilusu ilə redaktə etmək mümkün olacaq. Daha sonra ToF texnologiyası 2020-ci ildə satışa çıxacaq iPhone modellərinə inteqrasiya olunacaq. Bu texnologiya vasitəsilə iPhone smartfonları ilə daha keyfiyyətli Portret rejimli fotolar çəkmək mümkün olacaq.

Son məlumatlara əsasən gələn il də Apple şirkəti 3 iPhone modeli təqdim edəcək. Bununla yanaşı böyük ölçülü modellərdə həmçinin üçlü arxa kameranın olacağı da güman edilir. Ming Chi-Kuo-nun proqnozlarından əlavə olaraq Fast Company adlı şirkətin hesabatına əsasən Apple şirkəti iPhone smartfonunun 5G versiyasını 2020-ci ildə təqdim etməyi planlaşdırır. Məlumatda qeyd olunub ki, şirkət gələcək iPhone modellərində Intel 8161 adlı 5G modemlərdən istifadə etməyi düşünür.

Bu isə öz növbəsində şirkətin Qualcomm-dan imtina edərək Intel şirkəti ilə müqavilə bağlaması məsələsini aydınlaşdırır. Hal hazırda Intel şirkəti iPhone 5G-də istifadə ediləcək 8161 modeminin prototipi üzərində çalışır. Intel 8161 modemi şirkətin 10 nanometrlik texnoloji prosesi əsasında hazırlanacaq. Buna baxmayaraq nəticələr hələki Apple şirkətini qane etmir. Belə ki, Intel 8161 modemlərində diqqətə çarpacaq dərəcədə qızmalar baş verir. Nəticədə test cihazları sürətli şəkildə qızırlar. Lakin Intel şirkəti yaxın zamanda bu problemi aradan qaldıracağına söz verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.