Maraqlı

Anadangəlmə D vitamini çatışmazlığı psixikanı pozurmu?

8 Dekabr 2018 21:04
0 Şərh     Baxış: 693

Şizofreniya riskini hələ körpə yaşlarında müəyyən etmək olar. Son tədqiqatlara görə, anadangəlmə D vitamini çatışmazlığı ilə yetkin yaşda şizofreniyanın inkişafı arasında əlaqə var. Ehtimal ki, bu, qismən genlərlə bağlıdır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Kvinslend Universitetinin Beyin İnstitutu Orxus Universiteti birgə tədqiqat apararaq 2602 pasiyentin tibbi məlumatını təhlil edib. Həmin adamlara "şizofreniya" diaqnozu qoyulub. Körpə yaşlarında onların qanında D vitamininin səviyyəsi müxtəlif olub. Məlum olub ki, pasiyentlərin 44 faizində uşaq yaşlarında D vitamini çatışmazlığı müşahidə edilib. Bu da yaşa dolduqca onlarda şizofreniya riskini birmənalı şəkildə artırıb.

Ümumi təhlil göstərib ki, D vitamininin konsentrasiyasında dəyişmələr olduğuna görə şizofreniya halları 8 faizə qədər arta bilər. Həkimlər düşünürlər ki, görəsən, hamilə qadınlara D vitamini yeritməklə gələcəkdə şizofreniyanın inkişafının qarşısını almaq olarmı?

Yeri gəlmişkən, daha əvvəl şizofreniya və autizm, habelə autizm və perinatal D vitamini çatışmazlığı arasında da genetik əlaqə aşkar edilib.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.