Maraqlı

Elastik ekranlı, qatlanan ilk smartfon

3 Noyabr 2018 08:51
0 Şərh     Baxış: 1 644
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çinin "Rouyu Technology" şirkəti dünyada elastik ekranla təchiz edilmiş ilk qatlanan smartfon təqdim edib.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, 7,8 düymlük ekran, 16+20 meqapiksellik ikiqat arxa kamera ilə təchiz edilmiş "FlexiPai" adlı yeni smartfonun qalınlığı 7,6 mm təşkil edir. Smartfon 3 konfiqurasiyada (6+128 QB, 8+256 QB və 8+512 QB) təklif edilir.
 
Smartfonda tətbiq edilmiş "Ro-Charge" sürətli enerjidoldurma texnologiyası akkumulyator batareyasını 1 saat ərzində 80% enerji ilə doldurmağa imkan verir. 6+128 QB-lıq konfiqurasiyalı modelin qiyməti 1290 dollar, 8+256 QB-lıq 1434 dollar, 8+512 QB-lıq isə 1864 dollar təşkil edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.