Maraqlı

Hüseyn Həsənovun cangüdəni qəza törətdi - "Gelandewagen"lə - FOTO

30 Oktyabr 2018 16:24
1 Şərh     Baxış: 3 417
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın məşhur azərbaycanlı blogeri Hüseyn Həsənovun cangüdəni onu xərcə salıb. 

Milli.Az baku.ws-ya istinadən xəbər verir ki, bloqer bu barədə 6,8 milyon izləyicisi olan İnstaqram səhifəsində məlumat verib.

O, yazıb ki, mühafizəçisi məşhur Şumaxerin yolunu getmək istəyib, lakin Moskvanın mərkəzində zəncirvari qəza törədərək, bir neçə avtomobili əzib. 

Səliqəsiz sürücünün "rəisi" Hüseyn Həsənov bütün xərcləri öz üzərinə götürüb.

Həsənov onu xərcə salan işçisini qovmaq fikrində olmadığını deyib: 

"Mühafizəçimi işdən qovmaq fikrim yoxdur. Necə də olmasa, əzilən dəmirdir. Əsas odur ki, hamı sağ-salamatdır. Onun xəsarət yetirdiyi bütün avtomobillərə dəymiş zərəri ödədim".

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.